...

Polşa, Ukrayna, Rusiya və azərbaycanlı ulduzlar "Karmen"də

Mədəniyyət Materials 24 Oktyabr 2016 13:26 (UTC +04:00)
Noyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcək.
Polşa, Ukrayna, Rusiya və azərbaycanlı ulduzlar "Karmen"də

Bakı. Trend:

Noyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcək. Teatrın rəhbərliyi Karmen partiyasını ifa etmək üçün Polşanın Vroslav Opera Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İrina Jitinskanı dəvət edib.

Teatrdan Trend-ə verilən məlumata görə, İ.Jitinska hazırda Avropada çox populyar olub, bir çox ölkələrdə - Danimarka, Hollandiya, Finlandiya, Almaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Portuqaliya və s. vaxtaşırı qastrol səfərlərində olur. Portuqaliyanın Lissabon şəhərində keçirilən opera sənəti festivalında vokalçı Karmen partiyasının ən yaxşı ifaçısı üçün təsis edilmiş prizə layiq görülüb.

Noyabrın 12-də keçiriləcək tamaşaya həmçinin Rusiya Akademik Böyük Teatrının aparıcı solisti, Azərbaycanın Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Elçin Əzizov (Eskamilio) və Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq Artisti Andrey Romanenko da (Xoze) dəvət olunublar.

Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Xalq Artisti Əli Əsgərov (Suniqo), Əməkdar Artistlər İnarə Babayeva (Mikaela), Gülnaz İsmayılova (Fraskita), Səbinə Əsədova (Mersedes), solistlər Tural Ağasıyev (Dankayro) və Əliəhməd İbrahimov (Romendado) da çıxış edəcəklər.

Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti