...

Jam SS açıq dərs günü elan edir (FOTO)

Mədəniyyət Materials 25 Oktyabr 2016 20:58 (UTC +04:00)
Jam SS rəqs məktəbi oktyabr ayının 29-da açıq dərs günü elan edir.
Jam SS açıq dərs günü elan edir (FOTO)

Bakı. Trend:

Jam SS rəqs məktəbi oktyabr ayının 29-da açıq dərs günü elan edir. Açıq dərslər bu istiqamətlərdə aparılacaq:

Bollywood - hind rəqsləri saat 14-00-da Azərbaycan Çempionu və Bakı Kubokunun sahibi Solmaz Əsgərova;

Show Dance & Modern - saat 15-00-da Azərbaycan Kubokunun sahibi, Azərbaycan Çempionu, Bakı Kubokunun sahibi Sara İsmayılova;

Hip-Hop - saat 16-00-da dünya Çempionları komandasının üzvü Andrey Freeman;

Zumba - saat 17-00-da Show Dance üzrə Azərbaycan Çempionu, 2014-cü ildə Qafqaz Çempionu Alina Krüçkova ;

Salsa & Bachata - saat 18-00-da bir çox dünya konqreslərinin və ustad dərslərinin iştirakçısı Xəyal Əhmədov;

Jazz Funk- saat 19-00-da Xəyal Əhmədov tərəfindən keçiriləcək.

Açıq dərslərdə yaşından, cinsindən asılı olmayaraq hamı iştirak edə bilər.

30 oktyabr saat 14-00-da payız imtahanı keçiriləcək. Jam SS studiyasının əsas heyətinə qatılmaq istəyənlər bu imtahandan keçməlidirlər. İmtahanda özlərini sınamaq istəyənlər, amma məşq eləmək imkanı olmayanlara Jam SS studiyasında məşq eləmək imkanı yaradılıb, təmənnasız olaraq məşqlər üçün zal ayrılıb. Həftədə 3 gün - 2,4,6-cı günlər saat 12-00-dan 15-00-dək məşq edə bilərlər.

Əsas heyətə qatılmaq üçün şərtlər:
14-yaş və böyüklər;
Quruluşu özünəməxsus olan rəqs - 1:45- 2:15 dəqiqə;
Münsiflər heyətinin qoyduğu musiqi əsasında improvizasiya - 1 dəqiqə.

Seçilmiş iştirakçılara Modern, Şou balet, Hip-Hop, Break Dance, Latino, Folk Dance və s. rəqslər Azərbaycan Gənclər İttifaqının hesabına öyrədilir. Rəqslər öyrədildikdən sonra onlar əsas heyyətdə Azərbaycanın daxilində keçirilən çempionatlara qatılırlar. Yaxşı nəticələr göstərən şəxslər beynəlxalq yarışlara göndərilirlər.

Jam SS studiyası 14 ildir fəalliyyətdədir. Bu illər ərzində rəqqaslar beynəlxalq arenalarda Azərbaycanın bayrağını qaldırıblar. Hazırda studiyada 7 zal var, 14 müəllim 12-dən artıq müasir və milli rəqs istiqamətlərində dərslər keçirir. Yarandığı dövrdən bu günə kimi studiada 13 mindən çox şəxs müxtəlif rəqsləri öyrənib.

Ərizələrin qəbulu açıqdır.

İnformasiya üçün əlaqə nömrələri:
+994 12 511 26 11
+994 55 744 29 11 - WhatsApp

CV bu elektron ünvanda qəbul edilir:
[email protected]

İmtahan Jam SS studiyasının birinci zalında keçiriləcək.

Ünvan Şeyx Şamil1 (İçərişəhər metrostansiyası ilə üzbəüz)

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti