...

“Oyan Azərbaycan” qonaq-qaralı və əyləncəli oldu (FOTO)

Mədəniyyət Materials 26 Oktyabr 2016 19:57 (UTC +04:00)
Oktyabrın 22-i və 23-ü “Oyan Azərbaycan” qonaq-qaralı və super əyləncəli oldu.
“Oyan Azərbaycan” qonaq-qaralı və əyləncəli oldu (FOTO)

Bakı. Trend:

Rəhim Rəhimli buket biznesinə başlayır? Aparıcı Fira işədüzəltmə bürosu açdı? Nadir Qafarzadə yayda oteldə kiminlə yaxalandı? Hansı aparıcı canlı yayımda göbək atdı?

Oktyabrın 22-i və 23-ü bu intriqalı suallara cavab verən “Oyan Azərbaycan” qonaq-qaralı və super əyləncəli oldu. Şənbə günü Nadir Qafarzadə və Nahidə Orucova, bazar günü isə Rəhim Rəhimli və rəqqasə Renka Blək Angel proqramda əsil musiqi fırtınası qopardılar. Xoş zarafatlar, əyləncəli viktorinalar, dinamik mahnılar tamaşaçılara gözəl pozitiv impuls verdi.

Rəhim rəqqasə Renkanın bacısının düzəltdiyi meyvə buketinə heyranlığını gizlətməyərək, aparıcı Firaya biznes ortaqlığı təklif etdi: “Qızlar, gəlin təcili bu işin biznesini quraq! İşimiz əla gedər, pul sıxıntımız heç vaxt olmaz, ciddiyəm".

Çörəyimə bais olsam da, sənə öyrədərəm deyən Renka Firaya oriental rəqsin bir neçə açar elementini öyrətdi.

Bazar günü efiri də olduqca maraqlı keçdi. Fira Nadir Qafarzadəyə yayda eyni oteldə istirahət etdiklərini də xatırlatdı: “Ancaq mən sizi oteldə cəmi 1-2 dəfə gördüm. Nə vaxt baxırdım, həyat yoldaşınla səsin partilərdən gəlirdi”. Nadir cavabında: “Bəli, mən əyləncəni, səs-küyü, şadyanalığı sevirəm. Ona görə də belə qalmışam. Kim baxır, deyir ki, ay Nadir, səni neçə ildir tanıyırıq, heç dəyişmirsən. Çünki həm özümə baxıram, həm də çalışıram ki, hər şey haqda pozitiv düşünüm. Yoxsa tez qocalaram”.

Maraqlı həmsöhbətlər, müxtəlif problemlərin həllinə dair araşdırma materialları umidvarıq ki, hədəfinə çatdı.

Səbail rayon Əmək və Məşğulluq İdarəsinin direktoru Fərəc Qasımzadə rayon üzrə yeni iş yerlərini əhaliyə təqdim etdi. Bu arada qeyd edək ki, hər həftənin şənbə günü efirdə rayon məşğulluq xidmətinin rəhbərləri vakansiyalar haqda məlumat verəcək. İş axtaran tamaşaçıların sadəcə canlı efir zamanı 404 31 15 şəhər və (055) 699 42 17 mobil nomrəsinə zəng vurmaları kifayətdir.

“Qəbulumuzdur” rubrikasında qonaq ”Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev oldu. Qış mövsümündə qazın təzyiqi niyə aşağı düşür? Qaz sayğaclarının quraşdırılması üçün abonentlər pul ödəməlidirmi? Qaz xəttinin çəkilməsi üçün texniki şərtlər nədən ibarətdir? Qaz sızması nəticəsində baş verən qəzalardan necə sığortalanmaq olar? Tamaşaçıların bu suallarla bağlı çoxsaylı zəngləri canlı yayımda cavablandırıldı.

Qeyd edək ki, Trend.az, Day.az, Milli.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, baş redaktoru İlhamə Novruzovadur. Foto dəstəyi Bakupic Groupa aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8.00-11:00-da efirə çıxır.

Xəbər lenti

Xəbər lenti