...

Opera və Balet Teatrının solisti Minskdə "Payatsı" operasında

Mədəniyyət Materials 28 Oktyabr 2016 14:29 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının bir sıra ölkələrin Opera və Balet Teatrları ilə sıx qarşılıqlı əlaqələri mövcuddur.
Opera və Balet Teatrının solisti Minskdə "Payatsı" operasında

Bakı. Trend:

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının bir sıra ölkələrin Opera və Balet Teatrları ilə sıx qarşılıqlı əlaqələri mövcuddur. Bu əlaqələr çərçivəsində həmin ölkələrin vokal və balet sənəti ulduzları vaxtaşırı Bakıda, Azərbaycan sənətçiləri isə həmin ölkələrdə çıxış edirlər.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yaxın günlərdə Azərbaycan Opera və Balet Teatrının aparıcı solistlərindən biri - Əməkdar artist, Prezident mükafatçısı Afaq Abbasova qarşılıqlı mədəni əlaqələr çərçivəsində Minskə qastrol səfərinə yollanacaq. Afaq noyabrın 5-də Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının truppası ilə birlikdə italyan bəstəkarı R.Leonkovallonun "Payatsı" operasının tamaşasında əsas partiyalardan birini - Nedda partiyasını ifa edəcək.

Bu səfər teatrımızın gənc və istedadı solistlərindən biri olan Afaq Abbasovanın Belarusa ilk səfəri deyil. Ötən il Minskdə keçirilən Beynəlxalq Milad festivalında çıxış edərkən öz parlaq ifası ilə hamını heyran edən vokalçımız elə o zaman teatr rəhbərliyinin diqqətini cəlb etmiş və növbəti qastrol səfərinə dəvət almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti