...

Çingiz Mustafayev: Ümidvaram ki, konsertimizə unudulmaz Azərbaycan mahnılarını sevənlər gələcəklər (VİDEO)

Mədəniyyət Materials 2 Noyabr 2016 13:25 (UTC +04:00)
Noyabr ayının 14-15-də Muğam Mərkəzində Çingiz Mustafayev və onun Palmas qrupunun solo konserti keçiriləcək.
Çingiz Mustafayev:  Ümidvaram ki, konsertimizə unudulmaz Azərbaycan mahnılarını sevənlər gələcəklər (VİDEO)

Bakı. Trend:

Noyabr ayının 14-15-də Beynəlxalq Muğam Mərkəzində Çingiz Mustafayev və onun Palmas qrupunun solo konserti keçiriləcək.

Ç.Mustafayev Trend-ə bildirib ki, dörd aydan çoxdur ki, konsertimizə hazırlaşırıq:

"Hazırlıq prosesi ilə yanaşı, konsertdə səslənəcək bəzi mahnılara video roliklər hazırladıq. Məqsədimiz odur ki, həmin mahnılar bizim ifamızda da tarixdə qalsın. Ümidvaram ki, konsertimizə nəinki mənim pərəstişkarlarım, həm də canlı musiqiyə, gitara ifasına dəyər verən, unudulmaz Azərbaycan mahnılarını sevən insanlar gələcəklər".

Xatırladaq ki, biletləri şəhərin kassalarında və onlayn www.iticket.az saytında əldə edə bilərsiniz.

Qiymət 20-100 manat

Video https://m.youtube.com/watch?v=ca4iZZahrHU

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti