...

Azərbaycan, Rusiya və Gürcüstan solistləri “Payatsı” tamaşasında

Mədəniyyət Materials 4 Noyabr 2016 13:59 (UTC +04:00)
Noyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında R.Leonkavallonun “Payatsı” operasının tamaşası keçiriləcək.
Azərbaycan, Rusiya və Gürcüstan solistləri “Payatsı” tamaşasında

Bakı. Trend:

Noyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında R.Leonkavallonun “Payatsı” operasının tamaşası keçiriləcək. Bu barədə Trend-ə Teatrın Mətbuat Xidmətindən məlumat verilib.

Teatr rəhbərliyi tamaşadakı əsas partiyalardan birini - Kanio partiyasını ifa etmək üçün Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının solisti - Gürcüstanın Xalq Artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvilini dəvət edib. Tonio partiyasında isə Sankt-Peterburqun Mixaylovski Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksandr Kuznetsov çıxış edəcək. Tamaşada Azərbaycanın vokal məktəbini teatrımızın solistləri - Əməkdar Artistlər Afaq Abbasova (Nedda), Cahangir Qurbanov (Silvio), həmçinin Əliəhməd İbrahimov (Arlekin) və Tural Ağasıyev (Kəndli) təmsil edəcəklər.

Tamaşanın dirijoru Xalq Artsti, professor Yalçın Adıgözəlovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti