...

Azərbaycanlı gənc bəstəkar beynəlxalq müsabiqənin qalibi olub (FOTO)

Mədəniyyət Materials 10 Noyabr 2016 16:22 (UTC +04:00)
Musiqi Məktəbinin məzunu gənc bəstəkarların beynəlxalq müsabiqəsində qalib olub.
Azərbaycanlı gənc bəstəkar beynəlxalq müsabiqənin qalibi olub (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin məzunu Arzu Abbasova Azərbaycan musiqi mədəniyyətinə növbəti uğur qazandırıb.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin informasiya və ictimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, ABŞ-ın Nyu York şəhərində keçirilən “Muse”(Multicultural Sonic Evolution) gənc bəstəkarların IV beynəlxalq müsabiqəsinə “Qütb ulduzu” (iki skripka üçün) əsəri ilə qatılıb və münsiflərin birgə rəyi əsasında 1-ci yeri tutaraq qalib olub.

Qalib əsər noyabrın 19-da Nyu York şəhərində “Sounds of Arts Festival” daxilində Secret Theatre - in Long Island City-də səslənəcək.

Qeyd edək ki, “Qütb ulduzu” əsəri müəllif tərəfindən 2015 -ci ildə bəstələnib və 2016-cı ilin aprel ayında Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiyanın Azərbaycandakı səfirliyinin birgə layihəsi olan “Rodniki duşi’ müsabiqəsində 1-ci yeri tutaraq laureat adını qazanıb.

Noyabrın 29-da Mədəniyyət və Turizm Nazirliyi gənc bəstəkarın xüsusi istedadını nəzərə alaraq onun tərəfindən bəstələnmiş “Xoş arzular” musiqi əsərləri toplusunu uşaq musiqi və incəsənət məktəblərində tədris vəsaiti kimi çap olunmasına icazə verib.

A.Abbasova hal-hazırda ADA Universitinin Beynəlxalq münasibətlər fakülətisinin 1-ci kurs tələbəsidir. Həmçinin, ADA Universitində fəaliyyət göstərən musiqi cəmiyyətinin prezidentidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti