...

Merkel hansı Azərbaycan bəstəkarının musiqisini dinləyir?

Mədəniyyət Materials 17 Noyabr 2016 16:46 (UTC +04:00)
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin əsərləri dünyanın bir çox yerində səslənir
Merkel hansı Azərbaycan bəstəkarının musiqisini dinləyir?

Bakı. Vüqar İmanov - Trend

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin əsərləri dünyanın bir çox yerində səsləndirlir.

Bəstəkarlar İttifaqının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə F.Əlizadənin musiqisinin yer aldığı OYAN diski Almaniya kansleri Angela Merkel tərəfindən də əldə olunub.

Məlumatlara görə, məşhur musiqiçi Konstantin Manayev konsertlərin birində F.Əlizadənin “Aşk havası” əsərini ifa etdiyini və A.Merkelin bu əsərdən xoşu gəldiyini deyib. Nəticədə A.Merkel bəstəkarın violonçel musiqisinin yer aldığı OYAN diskini musiqi kolleksiyasına əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti