...

Nəsibə Zeynalovanın yubileyi ilə əlaqədar film nümayişləri keçiriləcək

Mədəniyyət Materials 22 Noyabr 2016 18:02 (UTC +04:00)
Nizami Kino Mərkəzində Xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə əlaqədar film nümayişləri keçiriləcək.
Nəsibə Zeynalovanın yubileyi ilə əlaqədar film nümayişləri keçiriləcək

Bakı. Trend:

Nizami Kino Mərkəzində Xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə əlaqədar görkəmli gülüş ustasının çəkildiyi filmlərin nümayişi keçiriləcək.

Kino Mərkəzindən Trend-ə verilən məlumata görə, həftə ərzində, noyabrın 23-də “Bəyin oğurlanması” milli komediyası, 24-də əfsanəvi “Bizim Cəbiş müəllim”, 25-də “Qanun naminə” bədii filmləri və 26-da “Qaynana ” komediyası təqdim olunacaq.

Filmlərə giriş sərbəstdir.

Seansların saatı haqqında məlumatı kinomərkəzin məlumat mərkəzindən ala bilərsiniz:

tel - 493 28 18

Məqalədə:
Xəbər lenti

Xəbər lenti