...

N saylı hərbi hissədə konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 22 Noyabr 2016 21:14 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi N saylı hərbi hissədə konsert keçirib.
N saylı hərbi hissədə konsert keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Bibiheybət qəsəbə Mədəniyyət evi N saylı hərbi hissədə “Canım-qanım Azərbaycanım” adlı konsert keçirib.

İdarədən Trend-ə verilən məlumata görə, konsert dövlət himni ilə başlanıb.

Daha sonra Könül Məmmədli, Nuranə Paşayeva, Səbinə İsmayılova, Orxan Babazadə, Səbinə Əskərova, Mircabbar Mirbabayev, Günay Hüseynova, Könül Şıxəliyeva, Nurlan Təhməzli, Tural Babazadə kimi gənc müğənnilər şən mahnıları ilə əsgərlərdə xoş əhval yaradıblar.

Həmçinin, Bibiheybət qəsəbə Mədəniyyət evinin “ Sabahın ulduzları” rəqs dərnəyinin üzvləri “Azəri rəqsi”, “Şalaxo”, ”Qoçəli” rəqs nömrələri ilə çıxış ediblər. Mədəniyyət evinin poeziya dərnəyinin üzvləri “Yaşa var ol Azərbaycan” adlı şeir kompozisiyasını təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti