...

Azərbaycan-Ukrayna diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 26 Noyabr 2016 14:01 (UTC +04:00)
Sumı şəhərində Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş konsert keçirilib.
Azərbaycan-Ukrayna diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Bakı. Trend:

Sumı şəhərində Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş konsert keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanla Ukraynanın dövlət himnlərinin sədaları altında başlayan dostluq gecəsində Ukraynanın tanınmış mədəniyyət və incəsənət xadimləri, Ali Radanın deputatları, Sumı vilayətinin rəsmi nümayəndələri, media təmsilçiləri, Azərbaycan səfirliyinin diplomatları və diasporumuzun fəalları iştirak ediblər.

Tədbirdə Azərbaycanla Ukrayna arasında bir çox sahələrlə yanaşı, diplomatik əlaqələrin 25 illik uğurlarından söz açan Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov ikitərəflı strafeji münasibətlərin möhkəm əsaslar üzərində qurulmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli siyasi, iqtisadi, elmi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığını nəzərə çatdıran fəxri konsul dost və qardaş xalqlarımıza sülh və əmin-amanlıq, müstəqil dövlətlərimizə xoş və firavan gələcək arzulayıb.

Dostluq gecəsində çıxış edən Sumı Vilayətinin qubernatoru Nikolay Kloçko son illər Azərbaycanın Xarkov şəhərindəki fəxri konsuluğunun təşəbbüsü ilə ölkələrimiz arasında siyasi, iqtisadi, elmi, mədəni əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. O, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Ə.Salmanovu Ukrayna Prezidenti Petro Poroşenkonun sərəncamına əsasən 3-cü dərəcəli "Dövlətə xidmət" ordeni ilə təltif olunması münasibətilə təbrik edərək, bununla bağlı çıxarılmış qərarı fəxri konsula təqdim edib.

Tədbirdə ölkələrimiz arasındakı siyasi-iqtisadi əlaqələrin inkişaf dinamikasından söz açan Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev beynəlxalq arenada hər iki dövlətin eyni mövqedən çıxış etmələrini müstəqillik tariximizin uğuru kimi dəyərləndirib. Son illər Azərbaycanın inkişaf edərək bölgədə lider, beynəlxalq arenada böyük nüfuz sahibinə çevrildiyini qeyd edən diplomat tarixin bütün dönəmlərində Azərbaycanla Ukraynanın bir-birilərinə maddi və mənəvi dəstək verdiyini bildirib.

Tədbirdə Milli məclisin sabiq deputatı Elton Məmmədov, Ukrayna parlamentinin deputatı Oleq Medunitsa və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxış edərək, ikitərəfli dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıblar.

Sonra söz musiqiyə verilib. Gecədə Ukraynanın xalq artistlərii Qurban Abbasov, Pavel Zibrov, tanınmış səhnə ulduzlarından Vasili Bondarçuk, Anna Mariya bacıları və digər incəsənət ustalarının şən və həzin mahnıları, peşəkar rəqs ansambllarının rəngarəng çıxışları böyük alqışlarla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti