...

Tahir Salahovun ad gününə həsr edilən “Nəsillərin qovuşması” (FOTO)

Mədəniyyət Materials 30 Noyabr 2016 09:54 (UTC +04:00)
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Tahir Salahovun ev muzeyi tərəfindən görkəmli rəssamın ad gününə həsr edilmiş “Nəsillərin qovuşması” tədbir keçirilib.
Tahir Salahovun ad gününə həsr edilən “Nəsillərin qovuşması” (FOTO)

Bakı. Trend:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Tahir Salahovun ev muzeyi tərəfindən görkəmli rəssamın ad gününə həsr edilmiş “Nəsillərin qovuşması” tədbir keçirilib.

Bu barədə Trend-ə İdarədən məlumat verilib.

Tədbiri giriş sözü ilə açan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov 2011-ci ildə T.Salahovun öz emalatxanasını, əsərlərindən ibarət olan şəxsi kolleksiyasını və arxivini Azərbaycan dövlətinə təmənnasız olaraq hədiyyə etdiyini vurğulayıb. T.Salahovun ev-muzeyi qapılarını ictimaiyyət üçün açaraq İçərişəhərin əsas incəsənət və mədəniyyət mərkəzlərindən birinə çevrilməsini qeyd edib. İdarə rəisi dahi sənətkara möhkəm can sağlığı, uzun ömür və yaradıcılıq fəaliyyətində müvəffəqiyyətlər arzularını ünvanlayıb.

Digər natiqlər də çıxışlarında görkəmli rəssama ən xoş arzularını bildiriblər. Vurğulanıb ki, T.Salahov əsərləri bu gün də dünyanın bir çox muzeylərini bəzəyir, fərdi sərgiləri böyük maraqla qarşılanmaqla yanaşı sənət aləmində hadisəyə çevrilir. O, sağlığında adını dünyanın təsviri sənət tarixinin zirvəsinə yazmış çox az sənətkarlardan biridir. T.Salahovun ev-muzeyində sənətkarın öz əsərləri ilə yanaşı, onun yaradıcılığından təsirlənən gənc rəssamların da rəsm əsərləri təqdim olunub. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də musiqili proqramla çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti