...

İsveçrədə Azərbaycan caz axşamı (FOTO)

Mədəniyyət Materials 30 Noyabr 2016 14:51 (UTC +04:00)
Azərbaycan caz gecəsi zamanı, həmçinin tamaşaçılara Azərbaycan yeməklərindən və şərablarından ibarət xüsusi menyu təqdim edilib.
İsveçrədə Azərbaycan caz axşamı (FOTO)

Bakı. Trend:

Azərbaycanın İsveçrədəki səfirliyi və Beynəlxalq Bern Caz Festivalının birgə təşkilatçılığı ilə Bern şəhərində yerləşən dünyada yeganə caz mehmanxanası "Innere Engenin Marians Jazz room" konsert zalında Azərbaycanın tanınmış caz pianoçusu Əminə Fiqarovanın ifasında Azərbaycan caz axşamı təşkil edilib.

Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə 2 müxtəlif caz konserti proqramını tamaşaçılara təqdim edən ifaçımız isveçrəli caz sevənlər tərəfindən çox maraqla qarşılanıb və ifa etdiyi caz musiqi nömrələri sürəkli alqışlarla müşayiət olunub. Azərbaycan caz gecəsi zamanı, həmçinin tamaşaçılara Azərbaycan yeməklərindən və şərablarından ibarət xüsusi menyu təqdim edilib.

Bununla yanaşı, konsert zamanı Azərbaycan mədəniyyəti və turizm potensialını özündə əks etdirən kitab və broşürlər, “Gəncə 2016 - Avropanın Gənclər Paytaxtı”na aid müxtəlif broşürlər və məlumatlar, o cümlədən musiqi diskləri tamaşaçılara təqdim olunub.

Ə.Fiqarovanın ifasında silsilə konsert proqramları dekabrın 3-dək hər gecə 2 konsert olmaqla Bern şəhərində, 6 dekabr tarixində isə Sürix şəhərindəki "Vidder" mehmanxanasının caz salonunda davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti