...

Azərbaycanın xalq artisti beynəlxalq mədəniyyət forumunda iştirak edəcək

Mədəniyyət Materials 30 Noyabr 2016 15:42 (UTC +04:00)
Xalq artisti Kamilla Hüseynova dekabrın 1-dən 3-nə kimi Rusiyanın Sankt-Peterburq şəhərində V Beynəlxalq mədəniyyət forumunun "Balet və rəqs" bölməsinin işində iştirak etmək üçün dəvət olunub.
Azərbaycanın xalq artisti beynəlxalq mədəniyyət forumunda iştirak edəcək

Bakı. Trend:

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri, xalq artisti Kamilla Hüseynova dekabrın 1-dən 3-nə kimi Rusiyanın Sankt-Peterburq şəhərində V Beynəlxalq mədəniyyət forumunun "Balet və rəqs" bölməsinin işində iştirak etmək üçün dəvət olunub.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Müstəqil Dövlətlər Birliyinin yaradılmasının 25 illiyinə həsr olunmuş tədbirdə MDB-yə daxil olan əksər ölkələrin milli balet truppalarının bədii rəhbərləri iştirak edəcək və öz ölkələrində xoreoqrafiya sənətinin inkişafı təcrübələrini bölüşəcəklər.

Azərbaycanı "dəyirmi masa"da təmsil edəcək K.Hüseynova müstəqillik illərində Azərbaycanda balet sənətinin inkişafı sahəsində görülən işlər və qazanılan uğurlar mövzusunda çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti