...

Aşıq Pənahın 90 illik yubileyi ilə bağlı konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 2 Dekabr 2016 17:04 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə A.Rza Qobustanlı adına Mədəniyyət evində Aşıq Pənahın 90 illik yubileyi ilə əlaqədar konsert proqramı keçirilib.
Aşıq Pənahın 90 illik yubileyi ilə bağlı konsert keçirilib  (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə A.Rza Qobustanlı adına Mədəniyyət evində Aşıq Pənahın 90 illik yubileyi ilə əlaqədar konsert proqramı keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, ilk öncə Aşıqlar birliyinin nümayəndəsi Altay Məmmədov Aşıq Pənahın həyat və fəaliyyəti haqqında geniş məlumat verib.

Əli Tapdıqoğlunun rəhbərliyi ilə Aşıqlar xalq kollektivi konserti açıq elan edib.

Daha sonra Aşıqlar birliyinin üzvüləri Aşıq Əhliman, Aşıq Ağamurad, Aşıq Vüqar, Aşıq Gözəl Kəlbəcərli, Aşıq Elçin və Dərya dueti və digər gənc aşıqların çıxış ediblər.

Konsertdə tanınmış xanəndələrdən Rövşən Əziz, Kamilə, Tahir Quliyev Aşıq Pənahın şeirlərinə həsr olunmuş mahnılar ifa ediblər.

Sonda Aşıq Pənahın oğlu ailəsi adından tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti