...

“Qeyri-adi məhkəmə” (FOTO)

Mədəniyyət Materials 9 Dekabr 2016 16:02 (UTC +04:00)
Bakı Uşaq Teatrı “Qeyri-adi məhkəmə” tamaşası ilə çıxış edib.
“Qeyri-adi məhkəmə” (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı 1, 2, 7, 10 və 17 saylı cəzaçəkmə müəssisələrində “Qeyri-adi məhkəmə” tamaşası ilə çıxış edib.

İdarədən Trend-ə verilən məlumata görə, tamaşanın Ədliyyə Nazirliyinin Tibb baş İdarəsinin daha 15 cəzaçəkmə müəssisəsində nümayişi planlaşdırılıb.

Tamaşa interaktiv üslubda - seminar tamaşa janrında hazırlanıb. Quruluşçu rejissoru teatrın bədii rəhbəri və direktoru İntiqam Soltan, ssenari müəllifi Arzu Soltandır. Təsadüfən iynədən istifadə edən kişi SPİD-ə yoluxur və başına gələn bu hadisədən sonra tək özünü deyil, onlardan əziyyət çəkən, həyatı məhv olan, yaxınlarını itirən insanların timsalında narkomaniyanı, alkoqolu və SPİD-i məhkəməyə verir. Bu xəstəlikdən əziyyət çəkən cəmiyyətin bütün təbəqələrindən olanlar məhkəmədə zərərçəkmiş və şahid qismində dindirilirlər, SPİD-in fəlakətlərinə qarşı həyacan təbili çalınır.

Tamaşa maarifləndirici və tərbiyəedici xarakter daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti