...

Kino Xidməti İdarəsi Ümummilli Liderin xatirəsini andı (FOTO)

Mədəniyyət Materials 11 Dekabr 2016 12:24 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Ümummilli Lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş tədbir keçirdi
Kino Xidməti İdarəsi Ümummilli Liderin xatirəsini andı (FOTO)

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Ümummilli Lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş tədbir keçirdi.

Kino Xidməti İdarəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının himni səsləndi, Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə millət vəkilləri Aydın Mirzəzadə, Fazil Qəzənfəroğlu, Jalə Əliyeva, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin birinci vitse-prezidenti Rasim Məmmədov və C.Naxçıvanski adına hərbi liseyin şəxsi heyət üzrə müavini polkovnik-leytenant Kamran Nəsibov çıxış etdi.

Çıxış edənlər Ulu Öndərin xalqımız, vətənimiz qarşısında göstərdiyi xidmətlərdən danışdı. Bildirildi ki, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş umummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü xalqımız tərəfindən dərin kədər hissi Vətənimizin hər bir guşəsində qeyd olunur. Ulu öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərdən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından danışıldı.

Vurğulandı ki, Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.

Tədbirdə incəsənət ustalarından Azərbaycan Respublikasının xalq artisti Ağadadaş Ağayev çıxış etdi. Bakı şəhər Kino Xidməti idarəsinin hazırladığı, ssenari müəllifi və rejissor Gültəkin Nərimanın “Xalqa bağışlanan ömür” adlı sənədli filmi nümayiş olundu.

Tədbirdə iştirakçılara Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktədin orkestrinin ifasında sözləri Həsən Kamala aid olan, Azərbaycan Respublikasının əməkdar artisti, bəstəkar Elza Seyidcahanın Ulu Öndərə həsr olunmuş Elegiya əsəri ilk dəfə olaraq təqdim olundu.

Sonda Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Həsənova çıxış edərək, Ulu Öndərin kino sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açdı. O, Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbirində yaxından iştirakına və qısa bir müddətdə “Elegiya” əsərinin ərsəyə gəlməsində Azərbaycan Ali Hərbi Məktədin orkestrinə, əsərin müəllifi Elza Seyidcahana, yaradıcı heyətə Təşəkkürnamə təqdim etdi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti