...

"Azərbaycan" jurnalının 12-ci sayı işıq üzü görüb

Mədəniyyət Materials 13 Dekabr 2016 14:12 (UTC +04:00)
"Azərbaycan" jurnalının 12-ci sayı işıq üzü görüb.
"Azərbaycan" jurnalının 12-ci sayı işıq üzü görüb

Bakı. Trend:

"Azərbaycan" jurnalının 12-ci sayı işıq üzü görüb.

Trend-in məlumatına görə, jurnalın bu sayında oxucular İntiqam Qasımzadənin "Sözü İlahidəndir", Ramiz Rövşənin "Xəyanət" (kinopovest), Vaqif Yusiflinin "Bir qoca işığam mən bu yaşımda", Südabə Ağabalayevanın "Yaşamaq istədiyini yaşamaq istəyən qorxular" kimi maraqlı yazıları ilə tanış olacaqlar.

Jurnal poeziyasevərləri Firuzə Məmmədlinin, Ramiz Qusarçaylının, Afaq Şıxlının, Avdı Qoşqarın, Fuad Babanlının, Balayar Sadiqin, Əbülfəz Ülvinin, Mahirə Nağıqızının şeirləri ilə sevindirəcək.

Jurnalın dekabr buraxılışında Murad İbrahimbəyovun "Şəbəkə" (povest), Nisə Bəyimin "Təkbuynuzlu" (fantastik roman- sonu), Sergey Kzolovun "Adi əhvalat" (hekayə) və digər maraqlı ədəbi nümunələrlə də tanış olmaq olar.

Mehriban Rzayevanın "Ölən ümidlərin ruhu naminə", Vaqif Yusiflinin "Şairəm, deməli, mənimki dərddi...", Aynur Sabitovanın "Con Uintropun dini və ictimai-siyasi baxışları" kimi yazıları da lurnalda yer alıb.

2016-cı ildə "Azərbaycan" jurnalında dərc olunmuş materiallar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti