...

Nizami Kino Mərkəzində Yeni il şənlikləri keçiriləcək (VİDEO)

Mədəniyyət Materials 14 Dekabr 2016 15:46 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi uşaqları “Şaxta babanın yeni il şərgüzəştləri” adlı Yeni il şənliklərinə dəvət edir.
Nizami Kino Mərkəzində Yeni il şənlikləri keçiriləcək  (VİDEO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzinin təşkilatçılığı ilə dekabrın 29, 30, 31-də və yanvarın 1-də uşaqları Nizami Kino Mərkəzində keçiriləcək “Şaxta babanın yeni il şərgüzəştləri” adlı Yeni il şənliklərinə dəvət edir.

İdarədən Trend-ə verilən məlumata görə, şənlikdə uşaqları klounların əyləncəli şousu, müxtəlif oyunlar, viktorinalar, milli və müasir rəqslər, illuziya şousu, tanınmış estrada ulduzlarının rəngarəng çıxışları, Şaxta baba və Qar qızın digər sürpriz və hədiyyələri gözləyir.

Əziz uşaqlar! Sizləri şənlikdə yadda qalan xoş dəqiqələr gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti