...

Nizami Kino Mərkəzində bayram konserti olacaq

Mədəniyyət Materials 16 Dekabr 2016 18:46 (UTC +04:00)
Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibətilə Nizami Kino Mərkəzində bayram konserti keçiriləcək.
Nizami Kino Mərkəzində bayram konserti olacaq

Bakı. Trend:

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibətilə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət evlərinin mahnı və rəqs ansamblarından ibarət bayram konserti keçiriləcək.

İdarədən Trend-ə verilən məlumata görə, konsert dekabrın 17-də saat 14-00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Bayram konsertinə müğənnilər Niyam Səlami, Əbdül Xalid, Orxan Babazadə, Rahidə Baxışova, Leyla Ramazanlı, Səbinə Əskərova, Könül Şıxəliyeva, Aysel Əlizadə, Sami Oruc, Qurd, rəqqasə Səbinə İsmayılova və "Səma" rəqs ansamblı qatılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti