...

Hansı teleaparıcı 31 dekabrda efirdə özünə toy edəcək? (VİDEO)

Mədəniyyət Materials 30 Dekabr 2016 13:59 (UTC +04:00)
Bu suala cavab tapmaq üçün Xəzər TV-nin tamaşaçıları sabah – dekabrın 31-də səhər saat 8-dən etibarən “Oyan Azərbaycan” verilişinə baxsınlar.
Hansı teleaparıcı 31 dekabrda efirdə özünə toy edəcək? (VİDEO)

Bakı. Trend:

Bu suala cavab tapmaq üçün Xəzər TV-nin tamaşaçıları sabah – dekabrın 31-də səhər saat 8-dən etibarən “Oyan Azərbaycan” verilişinə baxsınlar.

Populyar aparıcı Firuzə Cəlilova ilə “Xəzər FM”-in DJ-i Azər bəyin restoranlardan birində keçirilmiş toy mərasiminə tanınmış ifaçılar – Sevda Ələkbərzadə, Samirə Allahverdi, Niyam Səlami, Ceyhun Zeynalov (Cin), Elza Seyidcahan, Emil Bədəlov, Lətifə Soyuöz, Qurd, Nura Suri, Kərim Abbasov və “Cahan” qrupu qatıldılar. Xoş zarafatlar, dinamik mahnılar, qonaqların rəqsi və təbriklərlə ilin son efiri əminik ki, tamaşaçılara bolluca pozitiv impuls verəcək. Fira ilə Azərin bu qəfil qərarının arxasında hansı mətləblərin durduğunu bilmək istəyirsinizsə, şoka düşəcəksiniz.

Bu arada “Oyan Azrbaycan” verilişinin kollektivi 31 dekabr günü qarşınıza daha bir sürprizlə də çıxacaq. Belə ki, kollektiv Şəki şəhərinə gedərək, məşhur “Ulduz” komediyası əsasında film hazırlayıb. Unudulmaz personajlar olan Möhsünlə Nazikin rəqsi, Ulduzla Bəxtiyarın sevgisi, Gülümsərovun hikkəsi – bu əyləncəni qaçırmamaq üçün bircə yol var – sübh tezdən saat 11-dək verilişi izləmək!

Yeni 2017-ci ilin ilk günü - yanvarın 1-də isə Sizə Nazpəri Dostəliyeva, Ədalət Şükürov, İzzət Bağırov, Rauf, Əhməd Mustafayev və digərlərinin iştirakı ilə hazırlanmış xüsusi şou-proqram təqdim olunacaq.

Ötən ilə bizimlə vida edib, yeni ildə də bizimlə oyanın! Görüşənədək, dəyərli izləyicilərimiz!

Qeyd edək ki, trend.az, day.az, milli.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, baş redaktoru İlhamə Novruzovadur. Foto dəstəyi Bakupic Groupa aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8.00-11:00 radələrində efirə çıxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti