...

Bollivudun ulduzu vəfat etdi

Mədəniyyət Materials 6 Yanvar 2017 12:39 (UTC +04:00)
Hindistanın məşhur kino aktyoru Om Puri 66 yaşında ürək tutmasından vəfat edib.
Bollivudun ulduzu vəfat etdi

Bakı. Trend:

Hindistanın məşhur kino aktyoru Om Puri 66 yaşında vəfat edib.

Trend-in BBC-yə istinadən verdiyi məlumata görə, Bollivudun ulduzu bu gün səhər Mumbaydakı evində ürək tutmasından dünyasını dəyişib.

O.Puri 100-dən çox filmə çəkilib, 10-dan artıq mükafat alıb. O, ən yaxşı kişi roluna görə iki dəfə Hindistanın əsas milli kino mükafatı olan "Gümüş lotos" alıb, həmçinin Çexiya və Kanadadakı kinofestivallarda mükafatlara layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti