...

Heydər Əliyev Sarayında "jAzzeri Bands" konsert proqramı keçiriləcək

Mədəniyyət Materials 9 Yanvar 2017 12:56 (UTC +04:00)
Fevralın 16-da Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək.
Heydər Əliyev Sarayında "jAzzeri Bands" konsert proqramı keçiriləcək

Bakı. Trend:

Fevralın 16-da Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək.

“jAzzeri Bands” caz musiqisi axşamında Əməkdar İncəsənət Xadimləri Cavan Zeynallı və Cəmil Əmirov, Respublikanın Xalq artisti Ənvər Sadıqov, Əməkdar artistlər Akif Süleymanbəyli, Emil Əfrasiyab, ifaçılar Təranə Mahmudova, Teymur Süleymanbəyli (saksafon), Rast və Qaya qrupları iştirak edəcəklər.

Caz ifaçıları konsertdə yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndirəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletləri 20-50 manat arasında satışa çıxarılıb. Biletləri İticket.az dan onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Əlaqə telefonları (012) 441-21-31, 598-17-72/73/74

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti