...

Beynəlxalq festivalda iştirak üçün məktəbli və yeniyetmələr arasında seçim müsabiqəsi

Mədəniyyət Materials 12 Yanvar 2017 21:34 (UTC +04:00)
“Narimanfilm” kinostudiyası Festivalda jüri qismində iştirak etmək üçün 4 nəfər məktəbli və yeniyetmədən ibarət qrupa seçimləri elan edir.
Beynəlxalq festivalda iştirak üçün məktəbli və yeniyetmələr arasında seçim müsabiqəsi

Bakı. Trend:

"Giffoni" Beynəlxalq Festivalının (Giffoni İnternational Film Festival) rəsmi tərəfdaşı olan “Narimanfilm” kinostudiyası Festivalda jüri qismində iştirak etmək üçün 4 nəfər məktəbli və yeniyetmədən ibarət qrupa seçimləri elan edir.

“Giffoni İnternational Film Festival” yarım əsrdən artıqdır ki, davam edən və jüri heyəti dünyanın müxtəlif ölkələrini təmsil edən uşaqlardan ibarət olan unikal bir kino festivalıdır. Bu il festival məktəblilərin yay tətili günlərdinə - 14-22 iyul tarixlərində baş tutacaq.

Dünyanın müxtəlif ölkələrindən 3000-ə yaxın uşaq 100-dən artıq filmə baxaraq (filmlər ingilis dilində nümayiş olunur) onlara qiymət verəcəklər. Uşaqlar hər nümayişdən sonra öz həmyaşıdları ilə filmi müzakirə edəcək və sonda qalibləri müəyyən edəcəklər. Bundan başqa, Festival müddətində müxtəlif treninqlər və seminarlar təşkil olunacaq. Bu semainarlarda məktəblilər peşəkar rejissorlar, aktyorlar, kino sahəsinin digər peşəkarları, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən olan yaşıdları ilə fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.

Festival İtaliyanın cənubunda Tirren dənizin sahilində, turistik ərazidə yerləşən Salerno şəhərində keçirilir. Festival müddətində film nümayişindən başqa uşaqlar üçün olduqca maraqlı mədəni tədbirlər də təşkil olunur.

Festival müddətində iştirakçılar İtalyan ailələrdə yerləşdirilir. İngilis və ya İtalyan dili bilgiləri mütləqdir.

Əlaqə:
Narimanfilm kinokompaniyası
F.Qurbanov küç. 13/5
Tel: +994 12 491 63 79
Моб. +99455 2603603
E-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti