...

Məşhur "Lambada"nın ifaçısı diri-diri yandı

Mədəniyyət Materials 19 Yanvar 2017 20:20 (UTC +04:00)
Braziliyada məşhur "Lambada" mahnısının ifaçısı Loalva Braz ölü tapılıb.
Məşhur "Lambada"nın ifaçısı diri-diri yandı

Bakı. Trend:

Braziliyada məşhur "Lambada" mahnısının ifaçısı Loalva Braz ölü tapılıb.

Trend-in RİA Novostiyə istinadən verdiyi xəbərə görə, Rio-de-Janeyro ştatında yanğınsöndürənlər avtomobilin yanması ilə bağlı məlumat alıblar. Hadisə yerinə gələn yanğınsöndürənlər yanmış maşından 64 yaşlı müğənninin meyitini aşkar ediblər.

Avtomobilin hansı səbəbdən yandığı məlum deyil.

"Kaoma" fransız qrupunun solisti olan Brazın ifa etdiyi "Lambada" 80-ci illərin hitinə çevrilib.

Xəbər lenti

Xəbər lenti