...

"“Bakı Yapon Filmləri Festivalı" keçiriləcək

Mədəniyyət Materials 26 Yanvar 2017 14:58 (UTC +04:00)
Landmark Kinoklubda “Bakı Yapon Filmləri Festivalı”nın açılışı keçiriləcək.
"“Bakı Yapon Filmləri Festivalı" keçiriləcək

Bakı. Trend:

Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycanda yapon mədəniyyətinin tanıtımı məqsədi ilə yanvarın 27-də Landmark Kinoklubda “Bakı Yapon Filmləri Festivalı”nın açılışı keçiriləcək.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Festival 27-29 yanvar tarixləri arasında baş tutacaqdır. Açılışda tamaşaçılara “Sən yaxşı uşaqsan” filmi təqdim olunacaq. Adı çəkilən tədbir Azərbaycan xalqına Yaponiya mədəniyyəti və yaponların düşünmə tərzini daha dərindən tanıtmaq üçün gözəl fürsət yaradacaq və iki millət arasında daha yaxşı qarşılıqlı anlaşmanın qurulmasını təmin edəcək.

Açılışda Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşinin çıxışı nəzərdə tutulub. Filmlər yapon dilində, Azərbaycan dili alt yazısı ilə təqdim olunacaq.

“Bakı Yapon Filmləri Festivalı” çərçivəsində tamaşaçılara aşağıda adları qeyd olunan 5 filmin nümayişi planlaşdırılır:

27 yanvar, 19:00: “Sən yaxşı uşaqsan” (kinorejissor- O Mipo,2015-ci il, ingilis dilində alt yazı,121 dəq.), 28 yanvar, 13:00: “Sən yaxşı uşaqsan” (kinorejissor: O Mipo,2015-ci il, Azərbaycan dilində alt yazı,121dəq.), 28 yanvar, 16:00: “Məktub” (kinorejissor: Şono Ciro, 2006-cı il, Azərbaycan dilində alt yazı, 121dəq.), 28 yanvar, 19:00: “Çevrəmizdəkilər” (kinorejissor: Haşiquçi Ryosuke, 2003-cü il, Azərbaycan dilində alt yazı,142dəq.), 29 yanvar, 13:00: “Pekorosun anası ilə görüş” (kinorejissor: Azuma Morisaki, 2013-cü il, Azərbaycan dilində alt yazı,113dəq.), 29 yanvar, 16:00: “Məktub” (kinorejissor: Şono Ciro, 2006-cı il, Azərbaycan dilində alt yazı, 121dəq.), 29 yanvar, 19:00: “Kaitan şəhərinin əhvalatları” (kinorejissor: Kazuyoşi Kumakiri, 2010-cu il,Azərbaycan dilində alt yazı,152dəq.).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti