...

İsveçrədə Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib (FOTO)

Mədəniyyət Materials 13 Fevral 2017 17:58 (UTC +04:00)
İsveçrənin Bazel şəhərində “Birlikdə bayram edək” adlı festival çərçivəsində 15 ölkənin müxtəlif mədəniyyəti ilə yanaşı Azərbaycan mədəniyyətinin də təqdimatı keçirilib.
İsveçrədə Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi və “Azərbaycanın dostları” diaspor təşkilatının təşəbbüsü ilə İsveçrənin Bazel şəhərində “Birlikdə bayram edək” adlı festival çərçivəsində 15 ölkənin müxtəlif mədəniyyəti ilə yanaşı Azərbaycan mədəniyyətinin də təqdimatı keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbir zamanı İtaliyada yaşayan azərbaycanlı xoreoqraf Mais Nuriyevin rəhbərliyi altında fəaliyyət göstərən qrup Azərbaycan milli rəqslərindən ibarət proqramla bir neçə dəfə çıxış edib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

300 nəfərdən artıq qonağın iştirak etdiyi tədbir çərçivəsində Azərbaycan şirniyyatlarından ibarət süfrə qonaqlara təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti