...

Xocalı faciəsinin qurbanları verilişdə belə anılacaq (FOTO/VIDEO)

Mədəniyyət Materials 24 Fevral 2017 18:06 (UTC +04:00)
Lider TV-də Qarabağ müharibəsində oğlunu şəhid vermiş bir ailənin iztirablarını əks etdirən, Ramiz Əzizbəylinin rejissoru olduğu "Yalan" filmi haqqında danışılacaq.
Xocalı faciəsinin qurbanları verilişdə belə anılacaq (FOTO/VIDEO)

Bakı. Trend:

Bu həftə "Kino evi"ndə 25 fevral saat 11:30-da, Lider TV-də Qarabağ müharibəsində oğlunu şəhid vermiş bir ailənin iztirablarını əks etdirən, Ramiz Əzizbəylinin rejissoru olduğu "Yalan" filmi haqqında danışılacaq.

Filmi, oğlunun şəhid olması xəbərini həyat yoldaşından gizlədən, mənəvi əzəb keçirən ata obrazını canlandıran, əməkdar artist, sevimli aktyormuz Vidadi Həsənovla müzakirə edəcəyik.

"Kino evi"nin layihə rəhbəri, idea müəllifi və aparıcısı Zeynəb Abdullah, "Kino mətbəx" rubrikasının aparıcısı isə Nigar Şamilovadır. Rejissor və montaj - İBO, operatorlar - Aydın Məcidli və Kamal Məmmədov, fotoqraf - Tamerlan Səmədovdur.

Veriliş 3 hissədən ibarətdir. Birinci hissədə tanınmış kino ulduzlarının müəmmalı həyatı haqqında məlumat verilir. İkinci hissə "Kino mətbəx" rubrikası adlanır. Həmin ulduzun obrazları, xüsusilə də vizit kartı sayılan filmi, bizim hər hansı tanınmış sima ilə (aktyor, kinoşunas, rejissor) müzakirə olunur. Üçüncü hissə "Çək göstər" adlanır. Burada həvəskarlar tərəfindən çəkilən sosial çarxların, qısametrajlı filmlərin yayımlanmasına şərait yaradılır. Verilişin mahiyyəti əyləncəvi və maarifləndirici xarakter daşıyır. Həftə ərzində kinoteatrlarda yayımlanacaq filmlərin afişası da nəzərdə tutulub.

Hər şənbə saat 11:30, təkrarı bazar ertəsi 12:00 və 05:15-də Lider TV efirində.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az

Xəbər lenti

Xəbər lenti