...

Beynəlxalq Muğam Mərkəzində "Bahar süitası" klassik musiqi axşamı keçirilib (FOTO)

Mədəniyyət Materials 13 Mart 2017 14:20 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində "Bahar süitası" adlı klassik musiqi axşamı keçirilib.
Beynəlxalq Muğam Mərkəzində "Bahar süitası" klassik musiqi axşamı keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində "Bahar süitası" adlı klassik musiqi axşamı keçirilib.

Gecədə Səidə Tağızadə - piano, əməkdar artist Aleksey Miltıx - violonçel, əməkdar artist Sahib Paşazadə - tar, Ümidə Abbasova - viloin və Azərbaycan Dövlət Simli Kvarteti (Uran Səidov-1-ci skripka, Soltan Məmmədova -2-ci skripka, əməkdar artist Vaxtanq İmanov - alt və Aleksey Miltıx - violonçel) çıxış ediblər.

Fikrət Əmirovun və Nəriman Əliverdibəyovun əsərlərini Səidə Tağızadə (piano), əməkdar artist Aleksey Miltıx (violonçel) duet olaraq ifa ediblər. Daha bir duet isə Ümidə Abbasova ilə Səidə Tağızadənin birgə ifa etdikləri Niyazınını "Rast" simfonik muğamından fraqment olub. Sahib Paşazadə isə Səidə Tağızadə ilə F.Əmirovun "Orqiya", V.Adıgözəlovun "Qərənfil", H.Rzayevin "Çahargah rapsodiyası" əsərlərini ifa ediblər.

Azərbaycan Dövlət Simli Kvarteti (Uran Səidov-1-ci skripka, Soltan Məmmədova -2-ci skripka, əməkdar artist Vaxtanq İmanov - alt və Aleksey Miltıx - violonçel) Xəyyam Mirzəzadənin iki miniatürünü pianoçu Sıidə Tağızadə ilə birlikdə ifa ediblər. Sonra Ə.Bədəlbəylinin, T.Bakıxanovun, Y.İmanovun və F.Bədəlbəylinin əsərləri səslənib. Bu ifaçıların Beynəlxalq Muğam Mərkəzindəki ilk çıxışları deyil və buna görə də klassik musiqisevərlər həmin gün musiqi zövqlərini kökləmək üçün Beynəlxalq Muğam Mərkəzinə cəmlənmişdilər. Tamaşaçılar hər ifanın sonunda gurultulu alqışlarla ifaçılara öz sevgilərini çatdırıblar.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti