...

"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb

Mədəniyyət Materials 16 Mart 2017 20:15 (UTC +04:00)
"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb.
"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb

Bakı. Trend:

"Azərbaycan" jurnalının yeni sayı işıq üzü görüb.

Trend-in məlumatına görə, jurnalın bu sayında oxucular Nizami Cəfərovun " Vaqifin dövrü, həyatı və dünyagörüşü" (sonu), Vilayət Quliyevin "Rəsuli-Haqqa" məktublar (sonu), Qorxmaz Şıxalıoğlunun "Yaza boylanan dağlar", Anarın "Yaralı heykəl, yaralı yaddaş", "70 yaşın şövqü" (İntiqam Qasımzadənin Məmməd Orucla söhbəti) Vaqif Yusiflinin "Yetmiş ilin Məmməd Orucu", Qəşəm Nəcəfzadənin "Bir könül səhra içində", Təranə Faiqqızının "Nənəm", "Tut ağacı", Təyyar Salamoğlunun "Qaranlıq dünya" problemi və Mirzə Cəlilin nəsr qəhrəmanları" (əvvəli), İslam Sadiqin "Səməd Vurğun və "Koroğlu" dastanı", Tənzilə Rüstəmxanlının" Yaşar Qarayevin yaradıcılığında milli istiqlal problemi" kimi maraqlı yazılarla tanış olacaqlar.

Jurnal poeziyasevərləri Əlizadə Nuri, Ənvər Əhməd, Əhməd Qəşəmoğlu, Eynulla Sadiq, Heydər Ələddinoğlu, Murad Köhnəqala, Yusif Nəğməkar, Eldar İsmayıl, Rəşad Mahmudoğlunun şeirləri ilə sevindirəcək.

Jurnalın budəfəki buraxılışında Mübariz Örənin "Ağ buludlar" povesti, Vəfa Mürsəlqızının "Ekler", "Səs", "Qabyuyan" hekayələri kimi ədəbi nümunələrlə də tanış olmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti