...

“Bura Vətəndir” yeni telelayihə yayıma başlayır (FOTO/VIDEO)

Mədəniyyət Materials 17 Mart 2017 20:16 (UTC +04:00)
Lider TV-də yeni layihə yayıma başlayır.
“Bura Vətəndir” yeni telelayihə yayıma başlayır (FOTO/VIDEO)

Bakı. Trend:

Lider TV-də yeni layihə yayıma başlayır. “Bura Vətəndir” adlanan layihə bu bazar tamaşaçılarla görüşə gəlir.

Verilişin müəllifi və aparıcısı arşadırmaçı jurnalist Amil Xəlildir. Veriliş həm tarixi məlumatlarla, həm milli mədəni dəyərlərlə, həm də bölgənin maraqlı faktları və araşdırması ilə zəngindir.

İlk bölüm Şamaxıya və şamaxılılara həsr olunub. Tarixlə bu günü birləşdirən, elm ocağı olan Şamaxı şəhəri haqqında ətraflı məlumat təqdim olunacaq. Seyid Əzim Şirvaninin son vəsiyyəti , M.Ə.Sabirin Şamaxı haqqında maraqlı yazıları, Şamaxı xanlığının bayrağı və başqa maraqlı nüanslar, Məlhəm kəndi haqqında maraqlı faktlar “Bura Vətəndir!” verilişində sizi gözləyir. Bir kənd bu qədərmi insanlara məlhəm olar? ...

Həmçinin telejurnalist yollandığı bölgələrə xas olan maraqlı sualları elə onların özündən soruşur. "Sizcə Şamaxılılar "qadou alım" sözünü hər adama deyərlər?

"Bura Vətəndir” verilişinin layihə rəhbəri, müəllifi və aparıcısı Amil Xəlildir. Veriliş bu bazar 19 mart saat 13-00 da Lider Tv-də görüşünüzə gələcək. Mütləq izləyin. Çox maraqlı olacaq

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az

Xəbər lenti

Xəbər lenti