...

Azərbaycan Bazel kino festivalında təmsil olunub (FOTO)

Mədəniyyət Materials 28 Mart 2017 16:54 (UTC +04:00)
İsveçrənin Bazel şəhərində keçirilən film festivalında Azərbaycan da təmsil olunub.
Azərbaycan Bazel kino festivalında təmsil olunub (FOTO)

Bakı. Trend:

İsveçrənin Bazel şəhərində keçirilən film festivalında Azərbaycan da təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İsveçrədə yaşayan həmvətənlərimiz, "Azərbaycanın dostları" Birliyinin sədri Arzu Əliyevanın dəstəyi ilə gənc rejissor İmam Həsənovun “Müqəddəs inək” filmi festivalın münsiflər heyətinə təqdim olunub və müəllif Bazel kino festivalına dəvət edilib.

Tamaşaçıların marağına səbəb olan film rəğbətlə qarşılanıb, rejissorun özünəməxsus tərzi həm munsiflər heyəti, həm də tamaşaçılar tərəfindən yüksək dəyərləndirilib. Nümayişdən sonra rejissorla film haqqında geniş müzakirələr aparılıb.

Artıq 12 ildir keçirilən festival ayrı-ayri xalqların nümayəndələrinin dostluq və mədəniyyət mübadiləsinə şərait yaradır, düşüncə tərzi, həyata baxışı müxtəlif olan insanları bir araya gətirir. Bazel kino festivalını İsveçrədə yaşayan müxtəlif xalqların nümayəndələri təşkil edir. Festivalda hər bir xalq öz mədəniyyətini təmsil etmiş olur. Nümayiş etdirilən filmlərin hər biri almanca subtitrlərlə öz ana dilində tamaşaçılara təqdim olunur.

Qeyd edək ki, festivalın təşkilatçıları arasında olan soydaşımız Arzu Əliyeva hər il Azərbaycan filmlərindən ibarət siyahını festivalın münsiflər heyətinə təqdim edir, onlardan ən maraqlısı seçilir və beləliklə, ölkəmiz beynəlxalq kino bayramına qatılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti