...

Məşhur komediya ustası siqaret reklamında ittiham edilir

Mədəniyyət Materials 29 Mart 2017 12:28 (UTC +04:00)
Məşhur komediya ustası siqaret reklamında ittiham edilir.
Məşhur komediya ustası siqaret reklamında ittiham edilir

Bakı. Trend:

İstanbul Texniki Universitetinin professoru Orxan Kural məşhur komediya ustası Cem Yılmazı qanunsuz siqaret reklamında ittiham edir.

Trend-in məlumatına görə, İstanbul prokurorluğuna şikayət ərizəsi ünvanlayan elm adamı C.Yılmazın tütün şirkətləri ilə əlbir olaraq gizli siqaret təbliğat apardığını düşünür:

"Cem Yılmaz prodüseri olduğu "Dəli eşq" filmində 2 dəqiqə 30 saniyə ərzində 26 saniyə rəsmən siqareti reklam edir. O, problemlərdən və xəstəliklərdən yeganə xilas yolu kimi alkoqollu içkiləri təklif edir və özü də içki içir".

Professor aktyorun cəzalandırılmasını istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti