...

Ölümünə səbəb olan film (FOTO/VİDEO)

Mədəniyyət Materials 29 Mart 2017 20:20 (UTC +04:00)
Bu həftə "Kino evi"ndə Azərbaycanın xalq artisti kinorejissor, aktyor, ssenari müəllifi, bir-birindən fəqrli obrazlar yaradan, gözəl ifa tərzi ilə seçilən Şahmar Ələkbərov olacaq.
Ölümünə səbəb olan film (FOTO/VİDEO)

Bakı. Trend:

Bu həftə "Kino evi"ndə Azərbaycanın xalq artisti kinorejissor, aktyor, ssenari müəllifi, bir-birindən fəqrli obrazlar yaradan, gözəl ifa tərzi ilə seçilən Şahmar Ələkbərov olacaq.

Böyük sənətkarın həyat və yaradıcılığı əməkdar artist, prezident mükafatçısı, aktrisa Mehriban Xanlarova ilə müzakirə ediləcək.

1 Aprel 11:30-da Lider Tv-də efirə gedəcək"Kino evi"nin layihə rəhbəri, idea müəllifi və aparıcısı Zeynəb Abdullah, rejissor və montaj İBO, operatorlar Orxan Həsənov və Kamal Məmmədov, fotoqraf Elşad Musayevdir.

Veriliş 3 hissədən ibarətdir: birinci hissədə tanınmış kino ulduzlarının müəmmalı həyatı haqqında məlumat verilir, ikinci hissə "Kino mətbəx" rubrikası adlanır. Həmin ulduzun obrazları xüsusilə də vizit kartı sayılan filmi, bizim hər hansı tanınmış sima ilə (aktyor, kinoşunas, rejissor) müzakirə olunur. Üçüncü hissə "Çək göstər" adlanır. Burada həvəskarlar tərəfindən çəkilən sosial çarxların, qısa metrajlı filmlərin yayımlanmasına şərait yaradılır. Veriliş əyləncəli və maarifləndirici xarakter daşıyır. Həftə ərzində kinoteatrlarda yayımlanacaq filmlərin afişası da nəzərdə tutulub.

Hər şənbə saat 11:30, təkrarı bazar ertəsi 12:30 və 03:30-da Lider TV efirində.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Xəbər lenti

Xəbər lenti