...

Heydər Əliyev Sarayında "Dan ulduzu" ansamblının konserti keçiriləcək (VİDEO/FOTO)

Mədəniyyət Materials 1 Aprel 2017 16:40 (UTC +04:00)
Heydər Əliyev Sarayında "Dan ulduzu" instrumental ansamblının konserti keçiriləcək
Heydər Əliyev Sarayında "Dan ulduzu" ansamblının konserti keçiriləcək (VİDEO/FOTO)

Bakı. Trend:

Aprelin 18-də Heydər Əliyev Sarayında Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının konserti keçiriləcək.

Trend-in məlumatına görə, konsertdə respublikanın xalq artistləri Nisə Qasımova, Faiq Ağayev, Samir Cəfərov, Nazpəri Dostəliyeva, Gülyaz Məmmədova, əməkdar artistlər İlqar Muradov, Lalə Məmmədova, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Abbas Bağırov, müğənnilər Elton Hüseynəliyev, Nadir Qafarzadə, Zamiq Hüseynov, Samir Piriyev, Nigar Şabanova, Rəşad İlyasov, Zabitə Alıyeva, Arzu Əliyeva, Rövşən Əziz, Şəhla Həmidova, Vüsalə Əsgərova və başqaları iştirak edəcəklər. Konsertin bədii rəhbəri Əməkdar artist Tariyel Abbasovdur.

Biletləri iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz. Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti