...

Avstriyada "Miss Union" gözəllik müsabiqəsində Azərbaycanı teleaparıcı təmsil edəcək (FOTO)

Mədəniyyət Materials 17 Aprel 2017 14:55 (UTC +04:00)
Avstriyada “Miss Union-2017” beynəlxalq gözəllik müsabiqəsində Azərbaycanı “Lider TV”nin aparıcısı Səhər Əkbər təmsil edəcək.
Avstriyada "Miss Union" gözəllik müsabiqəsində Azərbaycanı teleaparıcı təmsil edəcək (FOTO)

Bakı. Vüqar İmanov – Trend:

Avstriyada “Miss Union-2017” beynəlxalq gözəllik müsabiqəsində Azərbaycanı “Lider TV”nin aparıcısı Səhər Əkbər təmsil edəcək.

Bunu Trend-ə “Miss Union” müsabiqəsinin Azərbaycandakı milli direktoru və rəsmi nümayəndəsi Gülnarə Xəlilova deyib.

“Miss Union-2017” aprelin 30-da Vyana şəhərinin “Austria Trend Royal Park Vienna Hotel”ində keçiriləcək. Müsabiqədə Azərbaycan, ABŞ, Avstriya, Almaniya, Yunanıstan, Gürcüstan, Kipr, Livan, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna, İndoneziya və digər ölkələrin nümayəndələri iştirak edəcəklər. S.Əkbər müsabiqədə Gülnarə Xəlilovanın Moda evinin geyimlərində iştirak edəcək.

“Miss Union” müsabiqəsinin baş direktoru və təsisçisi, yaradıcılıq nömrələrinin xoreoqrafı və quruluşçu rejissor Gülnarə Məhəmmədovadır (Özbəkistan). Münsiflər heyətinin tərkibinə müsabiqənin Azərbaycandakı milli direktoru və rəsmi nümayəndəsi, Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, Yunanıstandakı rəsmi nümayəndəsi və milli direktoru Gözəl Hansen, Almaniyadakı rəsmi nümayəndəsi Lara Ta, Gürcüstandakı milli direktoru və rəsmi nümayəndəsi Maya Xutsişvili, Birləşmiş Ərəb Əmirliklərindəki milli direktoru Maryan Makram daxildirlər. Sosial şəbəkələrdə irəliləyiş üzrə menecer Fərrux Seyfullayevdir (Özbəkistan).

“Miss Union” öz mədəniyyətini və ənənələrini zərifliklə uyğunlaşdıraraq müasir üslubda təmsil edən müxtəlif ölkələrin gözəllərinin birliyidir və müsabiqə iştirakçıları üçün ölkələrini ənənələr, gözəllik və mehribanlıq məcmusu qismində təmsil etmək imkanıdır. Müsabiqənin əsas devizi: "Dünyanı gözəllik xilas edəcək".

Münsiflər heyəti iştirakçıları aşağıdakı göstəricilər üzrə qiymətləndirir - xarici obraz, milli mədəniyyətin və intellektual bacarıqların təqdimatı.

Xatırladaq ki, "Miss Union 2016"nın finalı avqustda Bakıda keçirilib. Müsabiqənin qalibi gürcüstanlı Maya Amaşukeli olub.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti