...

Folklor İnstitutu ansamblının adını dəyişdirdi

Mədəniyyət Materials 18 Aprel 2017 15:18 (UTC +04:00)
AMEA Folklor İnstitutunun "İrs" folklor ansamblının adı dəyişdirilib.
Folklor İnstitutu ansamblının adını dəyişdirdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun "İrs" folklor ansamblının adı dəyişdirilib.

AMEA-dan Trend-ə verilən məlumata görə, bu barədə Akademiyanın Humanitar Elmlər Bölməsinin növbəti büro iclasında qərar qəbul edilib.

İclasda bildirilib ki, ölkədə eyni adda çoxsaylı musiqi qrupları fəaliyyət göstərdiyindən institutun nəzdindəki ansamblın adında dəyişikliyə ehtiyac var.

Bölmənin qərarı ilə Folklor İnstitutunun "İrs" ansamblının adı "Qorqud" folklor ansamblı şəklində dəyişdirilib.

Tədbirdə eyni zamanda bildirilib ki, XVII-XVIII əsr Azərbaycan ədəbiyyatını, o dövrdə yaşayan şairlərin həyat və yaradıcılığını, sənətkarlığını öyrənmək, onların kənarda qalan irsini toplamaq, tədqiq etmək kimi məsələlər Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin yaradılmasını zəruri edib.

Bölmə qeyd olunanları nəzərə alaraq, yeni şöbənin yaradılması ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.

İclasda Hüseyn Cavidin Ev Muzeyinin Alqı Komissiyasının yeni tərkibinin təsdiqi haqqında da qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti