...

Praqada "Nabat" filmi nümayiş olunub

Mədəniyyət Materials 21 Aprel 2017 12:45 (UTC +04:00)
Praqanın məhşur Lucerna kinoteatrında "Nabat" filmi nümayiş etdirilib.
Praqada "Nabat" filmi nümayiş olunub

Bakı. Trend:

Ötən gün Çexiyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə Qafqaz: İnsanlar və müharibə kampaniyası çərçivəsində Praqanın məhşur Lucerna kinoteatrında Elçin Musaoğlunun rejissoru olduğu "Nabat" filmi nümayiş etdirilib.

Azərbaycanın Çexiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, filmin nümayişində yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Filmin nümayiş etdirildiyi zalın girişində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair kitab və broşürlər tamaşaçılara paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti