...

Bakıda yeni tamaşa - “WaltDisney”in kassa yığımı ən yüksək olan cizgi filmi

Mədəniyyət Materials 22 Aprel 2017 17:31 (UTC +04:00)
“WaltDisney” şirkətinin məşhur cizgi filminin motivləri əsasında “Soyuq ürək” adlı bütün ailə üçün şou payızda Bakıda təqdim olunacaq.
Bakıda yeni tamaşa - “WaltDisney”in kassa yığımı ən yüksək olan cizgi filmi

Bakı. Trend:

“WaltDisney” şirkətinin məşhur cizgi filminin motivləri əsasında “Soyuq ürək” adlı bütün ailə üçün şou payızda Bakıda təqdim olunacaq. Bunu Trend-ə təşkilatçılar deyiblər.

Məlumatda bildirilir: “Biz balacalar və böyüklər üçün bütün dünya uşaqlarının ən sevimli və “WaltDisney” şirkətinin bütün tarixi ərzində kassa yığımı ən yüksək olan “Soyuq ürək” cizgi filminin motivləri üzrə heyrətamiz tamaşa hazırlamışıq. Cizgi filmi H. K. Andersenin “Qar kraliçası” əsərinə əsaslanır. Uşağınıza əsl nağıl bəxş edin: əyləncəli alov və sabun köpüyü şousu, başgicəlləndirici akrobatik tryuklar, qeyri-adi dekorasiyalar və parlaq geyimlər, möhtəşəm musiqi, müasir xoreoqrafiya – bütün bunları 30-dan çox ən yaxşı artist nümayiş etdirəcək! Biz sizə cizgi filminin birinci hissəsinə düşməyən hadisələri göstərəcəyik!”.

Əlavə məlumat üçün telefon nömrəsi 0503549054

Bu, bütün krallığı ölkə əhalisini əbədi qışa məhkum etmiş Qar kraliçasından xilas etmək şansı əldə edən Anna adlı qızın əhvalatıdır. Qədim zamanların dəhşətli lənəti gerçəkləşdi – krallıq ağ ədyal kimi qara büründü, torpaq isə daimi buzlaqla örtüldü. Bu xoşagəlməz hadisələrə Annanın bacısı Elzanın oğurlanması əlavə olundu. Elza füsunkar krallığa və onun bütün sakinlərinə kömək edə biləcək yeganə adamdır.

Bacısını yaramazların əlindən azad etmək üçün Anna qorxmaz alpinist Kristof, onun maralı Sven, habelə mehriban qar adamı Olafla birlikdə Elzanı tapmaq, buz lənətini dağıtmaq və ona əziz olanları xilas etmək məqsədi ilə şaxta və çovğunlar arasından uzaq və təhlükəli səyahətə çıxır.

Dostları çoxlu sınaqlar və həyəcanlandırıcı macəralar gözləyir. Qoçaqlar komandasını sirli divlər və bir çox digər personajlar qarşılayır, onlardan bəziləri qəhrəmanlara kömək edəcək, başqaları isə əksinə, xeyirxah məqsədə çatmağa hər vəchlə mane olacaqlar. Qəhrəmanları heyrətamiz sürprizlər gözləyir, ovsunçuluq isə hər bir qar dənəcəyində qarşıya çıxacaq.

Tamaşaya gələcək hər bir uşaq Erendell krallığında macəraların iştirakçısı ola və ab-havanı hiss edə, çox gözəl cizgi filminin sevimli qəhrəmanları ilə tanış ola biləcək. Balaca qonaqlar şəhərin gözəl sarayına gələn kimi bayram başlayacaq...

Xəbər lenti

Xəbər lenti