...

Amerikalı muğam ustası: Ümid edirəm ki, Bakı Şopinq Festivalı məqsədinə nail olub

Mədəniyyət Materials 24 Aprel 2017 17:44 (UTC +04:00)
Amerikalı musiqiçi, Amerika Muğam cəmiyyətinin sədri Cefri Verbax Bakıda Şopinq Festivalının keçirilməsini ölkənin dünyada daha da tanınması istiqamətində lazımlı addım kimi qiymətləndirir.
Amerikalı muğam ustası: Ümid edirəm ki, Bakı Şopinq Festivalı məqsədinə nail olub

Bakı. Trend:

Amerikalı musiqiçi, Amerika Muğam cəmiyyətinin sədri Cefri Verbax Bakıda Şopinq Festivalının keçirilməsini ölkənin dünyada daha da tanınması istiqamətində lazımlı addım kimi qiymətləndirir.

Trend festivalın saytına istinadən xəbər verir ki, uzun illərdir Azərbaycan muğamını ABŞ-da, Kanadada, Avropada təmsil edən, bütün ömrünü milli muğamımıza həsr etmiş C.Verbax bildirib ki, Bakıda belə bir festivalın keçirilməsindən xəbərdardır və hətta, təklif olunan endirimlərlə də tanış olmağa vaxt tapıb: “Mən çox əlverişli fürsətlər paketi gördüm. Hətta dəbdəbəli otellərə belə endirimlər tətbiq olunub”.

Amerikalı muğam ifaçısı qeyd edib: “Ümid edirəm ki Festival öz məqsədinə nail olub və Bakıya minlərlə turist axın edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti