...

II Buktreyler Festivalının qaliblərini mükafatlandırma mərasimi keçirilib (FOTO)

Mədəniyyət Materials 24 Aprel 2017 19:58 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində İkinci Buktreyler Festivalı qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.
II Buktreyler Festivalının qaliblərini mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində İkinci Buktreyler Festivalı qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.

Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı Buktreyler Festivalının məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Gecənin fəxri qonaqları Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev, millət vəkili Qənirə Paşayeva, əməkdar incəsənət xadimləri Müşfiq Hətəmov, Ayaz Salayev və Kənan Məmmədov, əməkdar artistlər Sənubər İsgəndərli, Nərgiz Cəlilova və s. kimi tanınmış şəxslər olublar. Onlar festivalın əhəmiyyətini vurğulayıblar və qalibləri təltif ediblər. Ən maraqlı məqam isə o olub ki, Münsiflər Heyəti ayrı-ayrılıqda səs verdikləri üçün qaliblərin adı saxlanılan zərflərdən kimlərin adlarının çıxması son ana qədər sirr olaraq qalıb.

Cəmiyyətin tanınmış insanlarının çağırış videoçarxları, ilk Buktreyler Festivalı qaliblərinin kiçik videosüjeti göstərildikdən sonra mərasimi çıxış sözü ilə açan kinoaktyor, prodüser, Azərbaycan Buktreyler Festivalının təsisçisi Ruslan Sabirli bu festivalın cəmiyyətimizə verdiyi töhvələrdən, festivalın məqsədlərindən, perspektivlərindən bəhs edib. Bu ilki festivala gənc yazarlardan əlavə çəkilmiş bukteylerlərə musiqi bəstələməklə gənc bəstəkarların da qatılmasını xüsusi vurğulayaraq bildirub: “Keçən il 21 iştirkaçı qatılsa da, bu il ilkin müraciətlərin sayı 61 olsa da, yalnız 38-i öz buktreylerlərini çəkib göndərdi. Onlardan biri bu ilki mövzumuza uyğun olmadığı üçün, digəri isə işlərin son qəbul tarixini keçdiyi üçün qəbul edilmədi və 36 buktreyler münsiflərin qiymətləndirilməsinə buraxıldı.”

Birinci yer qalibini təltif edən Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev öz çıxışında bu günkü gündə nəyinki, Azərbaycanda, ümumiyyətlə dünyada insanların kitabdan uzaqlaşması faktından danışaraq Buktreyler Festivalının bu gün nə dərəcədə əhəmiyyət kəsb etməsini vurğulayıb.

Qaliblər:

I YER - Elnur Rzayev, Buktreyler: “Nəfəs”, Ramiz RöÖVŞƏN (2006);

II YER - Emin Həsənxanzadə, “O 2”, Müşfiq XAN (2015);

II YER - Orxan Adıgözəlov, “Sənə məktub yazıram”, Aqşin Yenisey (2012);

III YER - Qalib Mirzəliyev, “Gecəqondu insanı”, Azər Elşadoğlu (2016);

III YER - Cavidan Əli-zadə, “İntihar”, Təranə Vahid (2013);

III YER - Vəli Məmmədov, “Çevriliş”, Sahilə İbrahimova (2014).

İnformasiya dəstəyi: Trend.az, Milli.az, Day.az

Xəbər lenti

Xəbər lenti