...

“Nazlı”romantik komediya filminin təqdimatı keçirildi (FOTO)

Mədəniyyət Materials 27 Aprel 2017 12:49 (UTC +04:00)
Ötən gün “Nazlı” tammetrajlı romantik komediya filminin təqdimatı keçirilib.
“Nazlı”romantik komediya filminin təqdimatı keçirildi (FOTO)

Bakı. Trend:

Ötən gün “Nazlı” tammetrajlı romantik komediya filminin təqdimatı keçirilib. Trend-in məlumatına görə, film “Zaratustra film” kino şirkəti tərəfindən çəkilib.

“Nazlı” Romantik komediyasında baş rollarda Dövlət Akademik Dram Teatrının aktyoru Ülvi Həsənli (İsmayıl) və ən gənc və çox istedadlı aktrisalardan biri olan Xumar Səlimova (Nazlı) çəkilirlər. Filmdə görkəmli aktyor tandemi müşahidə ediləcək, Belə ki, baş qəhrəman İsmayılın Atasını –Respublikamızın Xalq artisti Fuad Poladov, İsmayılın dayısını - Xalq Artisti Mabud Məhərrəmov, qonşu traktorçu rolunu – xalq artisti Arif Quliyev, canlandıracaqlar. Əsas rollardan biri sayılan ekstrovaqant və ekssentrik Jan Pol obrazını Respublikamızın müxtəlif müsabiqələrinin qalibi Qorqud (Qoqi) Jəfərli oynayır.

Bundan əlavə “Nazlı” romantik komediya filmində xalq artisti Rasim Balayev, əməkdar artistlər-Mehriban Xanlarova, Naidə Orucova, Fərid Əliyev müxtəlif rolları bölüştürürlər.

Filmin quruluşçu rejissor – Rəhman Rafiqoğlu, ssenari müəllifləri - Rəhman Rafiqoğlu, Tural Fitat, quruluşçu operator – Əli Sultanov, baş produser – Murad Məhərrəmlidir.

İnformasiya dəstəyi - Trend.az, Day.az və Milli.az-dır.

Xəbər lenti

Xəbər lenti