...

Uşaq musiqi məktəbi hesabat konserti verib (FOTO)

Mədəniyyət Materials 5 May 2017 20:24 (UTC +04:00)
36 nömrəli uşaq musiqi məktəbi ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş hesabat konserti təqdim edib.
Uşaq musiqi məktəbi hesabat konserti verib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 36 nömrəli uşaq musiqi məktəbi ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş hesabat konserti təqdim edib.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarədən Trend-ə verilən məlumata görə, konsertdə Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Konsertdə 36 nömrəli uşaq musiqi məktəbi istedadlı şagirdlərinin ifasında M.Maqomayev “Mavi əbədiyyət”, S.Rüstəmov “Qaytağı”, “Bayatı-Şiraz” kompozisiyası, A.Gəray “Şahnazsayağı”, A.Zeynallı “Ölkəm”, “Çahargah” kompazisiyası, C.Rossini “Oğru sağsağan”, İ.S.Bax “Zarafat”, C.Gardel “Por Una Gabeza” kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti