...

Naxçıvanda Göycə festivalı keçiriləcək

Mədəniyyət Materials 20 May 2017 18:09 (UTC +04:00)
İyunun 3-ü və 4-də Naxçıvan şəhərində ənənəvi “Göycə” festivalı keçiriləcək.
Naxçıvanda Göycə festivalı keçiriləcək

Bakı. Trend:

İyunun 3-ü və 4-də Naxçıvan şəhərində ənənəvi “Göycə” festivalı keçiriləcək.

Trend-n məlumatına görə, festivalda dadı və tamı ilə seçilən Naxçıvan göycəsinin sərgi-satışı təşkil olunacaq.

Bu meyvədən hazırlanan müxtəlif növ təamları dadmaq və əl işləri ilə tanış olmaq istəyənlər “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək Göycə Festivalında iştirak edə bilərlər.

İyunun 3-ü saat 11:00-da başlayacaq festivalda rəngarəng ifa və rəqslər, Naxçıvan Dövlət Filarmoniyasının konserti təşkil olunacaq.

Ən yaxşı göycə müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, Naxçıvanda ötən il də Göycə Festivalı keçirilmişdi. Festival Naxçıvana gələn turistlər tərəfindən də kifayət qədər maraqla qarşılanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti