...

"Azerbaijan Fashion Awards" mükafatlandırılma mərasimi keçiriləcək

Mədəniyyət Materials 24 May 2017 20:19 (UTC +04:00)
"Azerbaijan Fashion Awards" (AFA) mükafatlandırılma layihəsinə artıq start verilib.
"Azerbaijan Fashion Awards" mükafatlandırılma mərasimi keçiriləcək

Bakı. Trend:

"Azerbaijan Fashion Awards" (AFA) mükafatlandırılma layihəsinə artıq start verilib.

Mükafatlandırma mərasimində mədəniyyət və incəsənət nümayəndələri, ictimai xadimlər, media nümayəndələri, idmançılar, modelyerlər, iş adamları, və digər sahələrdə uğur qazanan şəxslər qiymətləndiriləcək.

“ST Model School” tərəfindən keçirilən layihənin əsas məqsədi müxtəlif sahələrdə öz işi ilə tanınan və gündəmdə olan şəxsləri mükafatlandırmaqdır. Sözügedən layihənin rəhbəri Orxan və Süleyman Tənaxirlidir. Qeyd edək ki, tədbir 14 iyunda saat 20:00-da “Park İnn by Radisson” otelində keçiriləcək və gecəyə tanınmış ictimai xadimlər, xalq artistləri, aktyorlar, nüfuzlu şəxslər qatılacaq.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Xəbər lenti

Xəbər lenti