...

Azərbaycan Dövlət Musiqili Teatrın səhnəsində "Eşqə yolçuluq" (FOTO)

Mədəniyyət Materials 27 May 2017 16:22 (UTC +04:00)
Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında “Yunus Əmrə Eşqə Yolçuluq” tamaşası göstərilib.
Azərbaycan Dövlət Musiqili Teatrın səhnəsində "Eşqə yolçuluq" (FOTO)

Bakı. Trend:

Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında “Yunus Əmrə Eşqə Yolçuluq” tamaşası göstərilib.

Tamaşada Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, Milli Məclisin deputatları, protokol nümayəndələri, akademiklər və bir çox incəsənət xadimləri iştirak ediblər.

Ssenarisi Bakı Yunus Əmrə İnstitutu tərəfindən yazılan, azərbaycanlı teatr aktyorlarının və İnstitutun teatr dərnəyinin tələbələrinin səhnə aldığı, 8 aydır məşqləri davam edən tamaşa “Yunus Əmrə Eşqə Yolçuluq” izləyiciləri eşqə səfərə dəvət edib.

Türk mədəniyyətinin meydana gəlməsində böyük rolu olan, könülləri fəth etmiş Yunus Əmrənin həyatı, şəxsiyyəti, düşüncələri, təsəvvüfə gətirdiyi dərinlik və dünyəvi insan sevgisi Yunusun dili ilə səsləndirilin.

Rejissoru Hikmət Rəhimov olan tamaşada Azərbaycanın tanınmış simaları: Pərviz Məmmədrzayev, Şamil İbrahimov, Yaqut Paşazadə, Rövşən Ağayev, Esmeralda Abdullayeva, Savalan Qrupu Solisti Novruz Novruzlu çıxış edib.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti