...

Britaniya səfirliyi konsertə dəvət edir

Mədəniyyət Materials 2 İyun 2017 15:35 (UTC +04:00)
İyunun 12-də Böyük Britaniya Müdafiə Nazirliyini təmsil edən “The Salamanca Band and Bugles of The Rifles” hərbi orkestrinin Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi hərbi orkestrinin birgə konserti keçiriləcək.
Britaniya səfirliyi konsertə dəvət edir

Bakı. Anaxanım Hidayətova - Trend:

İyunun 12-də Böyük Britaniya Müdafiə Nazirliyini təmsil edən “The Salamanca Band and Bugles of The Rifles” hərbi orkestrinin Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi hərbi orkestrinin birgə konserti keçiriləcək.

Bu barədə Trend-ə Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Konsert zamanı hər iki hərbi orkestrin qarşılıqlı olaraq millətlərimizə xas olan musiqi parçalarını ifa etmələri də planlaşdırılır. Konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Birgə konsert proqramı axşam saat 19:00-dan 21:00-dək davam edəcək.

İyunun 13-də isə Fəvvarələr Meydanında “The Salamanca Band and Bugles of The Rifles” hərbi orkestrinin Azərbaycan Dövlət Sərhəd Xidmətinin Nümunəvi hərbi orkestri ilə açıq havada birgə konsert proqramı təşkil olunacaq.

Konsert zamanı hər iki hərbi orkestrin qarşılıqlı olaraq millətlərimizə xas olan musiqi parçalarını ifa etmələri də planlaşdırılır. Konsert səhər saat 11:00-dan 13:00-dək davam edəcək.

Britaniyanın Azərbaycandakı səfirliyi şəhər sakinlərini və qonaqları konsertə dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti