...

"Azerbaijan Fashion Awards" mükafatlandırma mərasimi keçiriləcək

Mədəniyyət Materials 14 İyun 2017 21:05 (UTC +04:00)
Mərasimində mədəniyyət və incəsənət nümayəndələri, ictimai xadimlər, media nümayəndələri, idmançılar, modelyerlər, iş adamları və digər sahələrdə uğur qazanan şəxslər qiymətləndiriləcək.
"Azerbaijan Fashion Awards" mükafatlandırma mərasimi keçiriləcək

Bakı. Trend:

"Azerbaijan Fashion Awards" (AFA) mükafatlandırma mərasimi keçiriləcək.

Mükafatlandırma mərasimində mədəniyyət və incəsənət nümayəndələri, ictimai xadimlər, media nümayəndələri, idmançılar, modelyerlər, iş adamları və digər sahələrdə uğur qazanan şəxslər qiymətləndiriləcək. “ST Model School” tərəfindən keçirilən layihənin əsas məqsədi müxtəlif sahələrdə öz işi ilə tanınan və gündəmdə olan şəxsləri mükafatlandırmaqdır. Sözügedən layihənin rəhbəri Orxan və Süleyman Tənaxirlidir.

Qeyd edək ki, tədbir 29 iyunda saat 20:00-da “Park İnn by Radisson” otelində keçiriləcək və gecəyə tanınmış ictimai xadimlər, xalq artistləri, aktyorlar, nüfuzlu şəxslər qatılacaq.

İnformasiya dəstəyi Trend.az, Day.az, Milli.az

Xəbər lenti

Xəbər lenti