...

Tbilisidə Nəriman Nərimanovun ev muzeyinin açılışı olub

Mədəniyyət Materials 28 İyun 2017 17:22 (UTC +04:00)
Gürcüstanın paytaxtı Tbilisi şəhərində görkəmli ictimai xadim, yazıçı Nəriman Nərimanovun ev muzeyinin təntənəli açılışı olub.
Tbilisidə Nəriman Nərimanovun ev muzeyinin açılışı olub

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisi şəhərində görkəmli ictimai xadim, yazıçı Nəriman Nərimanovun ev muzeyinin təntənəli açılışı olub.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, tədbirdə Gürcüstanın Mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Qiorqadze, SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin nümayəndələri, Gürcüstan parlamentinin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd olunub ki, Nərimanovun fəaliyyət sahəsi çox genişdir, o, ictimai-siyasi, jurnalistika və tibb sahəsində fəaliyyət göstərib. Ev muzeyinin bərpası zamanı Tbilisidə böyüyüb boya-başa çatmış ictimai-siyasi xadimin fəaliyyətinin öyrənilməsi məqsədi ilə bir çox tarixi arxiv materiallarına müraciət edilib. Bu isə bərpa zamanı maksimal dərəcədə dəqiqlik nümayiş etdirməyə kömək göstərir.

Yenidənqurulmuş iki mərtəbəli, 248 kvadratmetrlik bina 6 ekspozisiyalı otaqdan ibarətdir. Layihə SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.

Muzeyin qonaqları müasir interaktiv ekran vasitəsi ilə Nəriman Nərimanov haqqında məlumatları əldə edə bilərlər. Binanın həyətində qurulmuş mərmər büstün müəllifi heykəltəraş Novruz Musayevdir. N.Nərimanovun Tbilisidəki ev muzeyinin yenidən qurulması Azərbaycan və gürcü xalqlarının ortaq tarixi və mədəni əlaqələrinin tərənnümüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti