...

GUAM-ın baş katibi: Seçkilər beynəlxalq standartlara uyğun keçirilib

Seçki 2015 Materials 2 Noyabr 2015 13:32 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri beynəlxalq standartlara, milli qanunvericiliyə, Mərkəzi Seçki Komissiyasının qayda və prosedurlarına uyğun keçirilib.
GUAM-ın baş katibi: Seçkilər beynəlxalq standartlara uyğun keçirilib

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycanda parlament seçkiləri beynəlxalq standartlara, milli qanunvericiliyə, Mərkəzi Seçki Komissiyasının qayda və prosedurlarına uyğun keçirilib. Trend-in məlumatına görə, bunu GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib.

Onun sözlərinə görə, seçkilərin təşkili və seçki komissiyalarının fəaliyyəti müşahidəçilərin ciddi iradlarına səbəb olmayıb: "Seçkilər sakit şəraitdə keçdi və müsbət qiymətləndirilə bilər".

GUAM missiyası Bakı və Sumqayıtda 20 seçki məntəqəsində olub.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 897 min 188-i seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.

Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti